Home Dünya xəbərləri Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaq

Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaq

354
0
SHARE

Böyük Britaniya əhali arasında profilaktik peyvəndləmə proqramına uyğun olaraq cari il qripə qarşı peyvəndlərin ixracını məhdudlaşdıracaq.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə naziri Mett Henkok bildirib.

M.Henkok deyib: “Bu tədbir qışdan əvvəl 30 milyon doza qripə qarşı peyvəndin təmin edilməsi planlarımızı qoruyacaq”.

 

Nazir vurğulayıb ki, hazırkı mərhələdə Birləşmiş Krallıqda peyvəndləmə üçün kifayət qədər preparat var.