Home Manşet Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini parlament seçkilərində qələbə münasibətilə təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini parlament seçkilərində qələbə münasibətilə təbrik edib

305
0
SHARE

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya telefonla zəng edib.

Prezidentin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlətimizin başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Gürcüstanın Baş Naziri təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.