Biz radikal, şovinist erməni lobbi qruplarının Fransada TF1 telekanalının heyətinə qarşı olduğu kimi “The New-York Times” qəzetinə qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə qınayırıq.
Trend-in məlumatına görə, bu barədə öz Twitter səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
H.Hacıyev bildirib: “Onlar söz azadlığını boğmağa çalışırlar. Biz də reportajın bəzi hissələri ilə razılaşmaya bilərik, lakin biz onların işlərinə hörmət edirik”.