Home Cəmiyyət Soyuq hava koronavirus xəstəliyinin gedişini daha da ağırlaşdıra bilər – TƏBİB

Soyuq hava koronavirus xəstəliyinin gedişini daha da ağırlaşdıra bilər – TƏBİB

272
0
SHARE

Hazırda müşahidə edilən koronavirusun simptomları ilə xəstəliyin yaz və yayda olan simptomları arasında elə bir fərq yoxdur.

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Soyuq fəsillərdə kəskin respirator virus infeksiyalarına yoluxma riskinin yüksək olduğunu nəzərə çatdıran A.Qurbanov qeyd edib ki, hazırda COVİD xəstəliyinin gedişində ciddi fərq izlənilmir:

“Soyuq fəsillərdə insanlarda soyuqlama, qrip xəstəliyinin əlamətləri də müşahidə edilir. Bu halda işlər bir az da çətinləşir. Bu baxımdan soyuq havada qrip, soyuqlama koronavirus xəstəliyinin gedişini daha da ağırlaşdıra bilər”.

A.Qurbanov bildirib ki, qrip xəstəliyi özü xüsusi diaqnoz tələb edir. COVİD-19 kimi qrip xəstəliyinə də diaqnoz yalnız PSR müayinəsi əsasında qoyulur:

“Lakin əvvəllər də belə olub ki, qrip xəstəliyinə əlamətlərinə görə klinik diaqnoz qoyulub və bu, xəstəlik vərəqəsində tənəffüs yollarının infeksiyası kimi yazılırdı. Amma COVİD diaqnozu klinik deyil, yalnız PSR müayinəsindən sonra qoyulur”.