Home Dünya xəbərləri Yaponiyada 9 aylıq fasilədən sonra kruiz laynerləri səyahətə çıxıb

Yaponiyada 9 aylıq fasilədən sonra kruiz laynerləri səyahətə çıxıb

337
0
SHARE

Yaponiyada 9 aylıq fasilədən sonra koronavirus pandemiyasına görə dayanmış kruiz laynerlərinin işi bərpa olunub.

Trend-in məlumatına görə, noyabrın 2-də ölkənin qərbindəki Kobe limanından “Nipponmaru” kruiz layneri səyahətə çıxıb.

Səfərdən əvvəl gəminin bütün sərnişinləri koronavirus testindən keçirilib.

Qeyd edək ki, koronavirus pandemiyasının əvvəlində Yaponiyada “Diamond Princess” kruiz layneri karantinə alınmışdı. Gəmidə 712 nəfər virusa yoluxmuş, 14 nəfər həyatını itirmişdi.