Home Manşet Xameneinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi İranın prinsipial mövqeyidir – Keçmiş səfir

Xameneinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi İranın prinsipial mövqeyidir – Keçmiş səfir

302
0
SHARE

İranın dini lideri Ayətulla Seyid Əli Xameneinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Ermənistanın işğal etdiyi əraziləri azad etməli olduğunu qeyd etməsi Tehranın prinsipial mövqeyidir.

Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, beynəlxalq hüquqda ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi prinsip olaraq qəbul edilib.

Keçmiş diplomat əlavə edib ki, buna əsasən ərazisi işğal olunan ölkə torpaqlarının azadlığı üçün mübarizə aparmağa haqlıdır:

“İran da 8 illik müharibədə (1980-1988) işğal olunmuş ərazilərinin azad edilməsi üçün mübarizə aparırdı”.

Keçmiş səfir qeyd edib ki, bütün ölkələr əraziləri işğal edilmiş ölkəyə mənəvi şəkildə və yaxud hər hansı formada dəstək verməlidirlər ki, öz ərazilərini azad edə bilsin: “Buna əsasən İranın dini liderinin açıqlaması tamamilə prinsipial idi”.