Home Manşet Beynəlxalq hüquq müdafiə təşkilatları erməni terroruna çox gec reaksiya verirlər – Hüquq...

Beynəlxalq hüquq müdafiə təşkilatları erməni terroruna çox gec reaksiya verirlər – Hüquq müdafiəçisi

327
0
SHARE

Bu gün beynəlxalq hüquq müdafiə təşkilatları bizim vətən müharibəmizə, erməni terroruna çox gec reaksiya verirlər.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyib.

O bildirib ki, erməni təxribatları ilə bağlı prosesə Avropa İnsan hüquqları üzrə komissar hələ də reaksiya verməyib: “Avropa Şurasında bizim hesabatımızın dinlənilməsi ilə bağlı məsələ qaldıracağıq. Hesabatın ingilis variantı artıq hazırdır, fransız və alman dillərinə də təqdim ediləcək. Hesabata hər gün yeni faktlar daxil edilir. Çünki ermənilər tərəfindən hər gün bizim rayonlarımıza bombalar atılır, insanlar öldürülür. Hər dəfə hansısa hesabatı beynəlxalq təşkilatlara təqdim edəndən sonra bizimlə əlaqə saxlayıb müəyyən faktlar üzrə fikrimizi soruşurlar. Ona görə çalışacağıq ki, onlara kifayət qədər samballı, keyfiyyətli hesabat təqdim edək”.