İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllini dəstəkləyir.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Səfir bildirib ki, İran münaqişənin həlli ilə bağlı məsələdə hər zaman eyni mövqedən çıxış edib. Bu məsələ beynəlxalq aləmin qəbul etdiyi hüquq prinsipləri çərçivəsində həll olunmalıdır. Ermənistan İranla qonşu olsa da, biz onlara dəfələrlə demişik ki, Dağlıq Qarabağ məsələsi beynəlxalq qanunların qoyduğu tələblər əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Artıq bununla bağlı İranın Ali Rəhbəri tərəfindən münasibət bildirilib. Ali Rəhbərin “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad edilməlidir və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır” fikri İran hökumətinin məsələ ilə bağlı münasibətini bir daha ortaya qoyur.