Home Dünya xəbərləri İtaliyada bir aylıq komendant saatı tətbiq olunur

İtaliyada bir aylıq komendant saatı tətbiq olunur

318
0
SHARE

İtaliyada koronavirusa yoluxma hallarının yenidən artması ilə əlaqədar ölkə ərazisində komendant saatı tətbiq olunur.

Trend-in məlumatına görə, qərar noyabrın 4-dən etibarən qüvvəyə minir.

Qərara əsasən, saat 22:00-dan 05:00-dək yaşayış yerlərini tərk etmək qadağan olunur.

Bu müddət ərzində yalnız zəruri hallarda evdən çıxmağa icazə verilir. Həftəsonlarında iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq.

 

İctimai nəqliyyatda sərnişin tutumunun 50 faizinədək sərnişin daşımağa icazə veriləcək.

Komendant saatı dekabrın 3-dək qüvvədə olacaq.