Home Manşet Hikmət Babaoğlu: “… bu da işğalın davam etdirilməsində əsas faktorlardan biri olub”

Hikmət Babaoğlu: “… bu da işğalın davam etdirilməsində əsas faktorlardan biri olub”

338
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə verdiyi müshibədə bir sıra mühüm məslələrə toxundu. Onlardan bir qismi sentaybr ayının 27-dək davam edən siyasi-diplomatik danışıqlar kontekstində münaqişənin həlli perespektivləri ilə digər qismi isə sentyabr ayının 27-dən sonra başlayan yeni aktiv faza və onun yaratdığı hərbi-siyasi reallıqlarla bağlı idi. Müsahibədən bir daha aydın oldu ki, Azərbaycan həmişə problemin sülh yolu və danışıqlar vasitəsilə həll edilməsində maraqlı olub. Onun danışıqlar prosesinə 30 ilə yaxın bir müddətdə sadiq qalması da bunu göstəricisi sayıla bilər. Ancaq nəticədə ortaya çıxan reallıq ondan ibarət olub ki, ATƏT-in Minsk Qrupu problemi həll edə bilməyib. Eyni zamanda onların “problemin hərbi yolla həlli yoxdur” tezisi də özünü doğrultmayıb. Çünki problemin uzun illər  sülh yolu ilə həll edilməməsi əslində elə hərb yolu ilə həll edilməsini aktuallaşdırır və zəruri edirdi. Məsələ ondadır ki, ötən illər ərzində problemin sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə edilməyib. Halbuki , belə imkanlar olub. Nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk Qruounun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür və heç olmasa bu üç dövlət özlərinin səs verdikləri TŞ–nın qətnamələrinin tələblərinin yerinə gətirilməsinə lazımi cəhdlər etməyiblər. İşğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi, silah embarqosu qoyulması, maliyə və iqtisadi alətlərlə təsir edilməsi imkanları heç vaxt nəzərdən keçirilməyib, tam əksinə bəzi hallarda ayrı-ayrı həmsədrlər tərəfindən işğalçı ölkə silahlandırılb və bu da işğalın davam etdirilməsində əsas faktorlardan biri olub .Ona görə də vəziyyətin indiki fazaya daxil olması həm də bu cür yanaşmanın nəticəsi kimi meydana çıxıb. Azərbaycan isə artıq münaqişənin məhz hərbi yolla həll edilməsinin mümkünlüyünü döyüş meydanında yaratdığı yeni reallıqla sübut edib. Beləliklə rəsmi Bakı həm BMT  nizamnaməsinin 51-ci maddəsini təmin edib və edir, həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini icra edir. Ona görə də hər hansı bir xüsusi natahatçılığa  ehtiyac yoxdur. Nəticə etibarilə Azərbaycan eyni zamanda ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi baza prinsipləri əsasında problemi sürətlə həll edir. Buna görə də Azərbaycanın hərbi-siyasi davranışları istər BMT və onu Təhlükəsizlik Şurası tərəfindən, istərsə də ATƏT və onun Minsk Qrupu tərəfindən təqdir edilməlidir .