Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının yataqxana borcları ləğv edilib.
Bununla bağlı BANM-ın rektoru Elmar Qasımov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Rektor Qasımov, eyni zamanda, bu tələbələrin ümumiyyətlə yataqxanada BANM hesabına qalmaları haqqında qərar qəbul olunduğuni bildirib.