Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən Trend-ə məlumat verilib.
“Bildiririk ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb” – deyə, məlumatda deyilir.