Home Manşet Xarkovdakı Fəxri Konsulluğa silahlı hücumda erməni terror təşkilatları şübhəli bilinir – Prezidentin...

Xarkovdakı Fəxri Konsulluğa silahlı hücumda erməni terror təşkilatları şübhəli bilinir – Prezidentin köməkçisi

359
0
SHARE

Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib: “Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb. Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar. Hücumda erməni terror təşkilatları şübhəli bilinir, çünki Ermənistan asimmetrik müharibəyə keçir. Ukrayna səlahiyyətlilərinin hadisəyə operativ reaksiyasını yüksək qiymətləndiririk”.