Home Cəmiyyət Prezident oğluna yüksək vəzifə verdi…

Prezident oğluna yüksək vəzifə verdi…

1140
0
SHARE
Türkmənistan

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı yüksək vəzifəyə təyin edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin dövlət informasiya agentliyi məlumat yayıb.Məlumata görə, 37 yaşlı Sərdar Türkmənistanın mərkəz-cənub bölgəsindəki Ahal regionunun qubernatoru təyin olunub. Buna qədər o, 2019-cu ilin yanvarından bugünə qədər regionun qubernator müavini kimi fəaliyyət göstərib.Prezidentin yeganə oğlu silahlı qüvvələrdə polkovnik- leytenantdır. O, 2016-cı ildə millət vəkili seçilib, 2018-ci ilin martında isə Xarici İşlər nazirinin müavini postuna gətirilib.