Home Manşet Sənəd indi imzalanmasaydı, vəziyyət daha da pisləşəcəkdi – Paşinyan

Sənəd indi imzalanmasaydı, vəziyyət daha da pisləşəcəkdi – Paşinyan

358
0
SHARE

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin kapitulyasiya qərarından sonra bir gündə ikinci dəfə öz “Facebook” səhifəsində canlı yayım vasitəsilə çıxış edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, o, niyə məhz münaqişənin bu mərhələsində müqaviləni imzaladığını izah edib.

Onun sözlərinə görə, ilk növbədə xalqa Qarabağın statusu müəyyənləşmədən azı 5 rayonun qaytarılması məsələsini təklif etməli idi. O bildirib ki, xalq bu təklifi qəbul etməyəcəkdi:

“Siz “yox” deyəcəkdiniz. Sizin yerinizdə olsaydım, mən də belə cavab verərdim. Bu, ona görə alınmadı ki, ərazilərin verilməsi məsələsi danışıqlarda ən dəqiq tezis idi. Yalnız bu məsələdə fikir ayrılığı olmayıb”.

Baş nazir əlavə edib ki, yaranmış vəziyyətə görə özü şəxsən tam məsuliyyət daşıyır:

“Amma digər həll yolları mövcud deyil. Sənəd indi imzalanmasa idi, vəziyyət daha da pisləşəcəkdi”.