Şuşa şəhərində polis şöbələri əməkdaşlarının yerləşdirilmə prosesinə start verilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildiriblər. Qeyd olunub ki, artıq sözügedən ərazidə komendantlıq yaradılır:
“Müvafiq dövlət qurumları olduğu kimi DİN əməkdaşları da Şuşa şəhərində öz fəaliyətinə start verib. Yaxın vaxtda komendantlıq öz işinə başlayacaq”.