Home Cəmiyyət Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihəyənin ilk modul təlimi...

Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihəyənin ilk modul təlimi keçirilib (FOTO)

332
0
SHARE

2020-ci ilin 14 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin I modul təlimi keçirilib.

MDU-dan Trend-ə bildirilib ki, “ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlimi açan MDU-nun dekan müavini Cəlil Bağırov öncə iştirakçılara MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan tarixi qələbə münasibətilə təbrikini çatdırıb.

Sonra C.Bağırov təlimin mövzusu və təlimçi haqqında iştirakçılara məlumat verib.

Şəki Destinasiya Menecmenti Təşkilatının direktoru Sabina Yadullayeva “Azərbaycanda Destinasiya Menecmenti Təşkilatları (DMT) və Şəki Regional DMT-nin iş prinsipləri” mövzusunda çıxış edib. O, destinasiyalar, bu istiqamət üzrə müvafiq ixtisaslar, bölgənin turizm imkanlarından istifadə, turizm məkanlarının yerli və xarici turistlər üçün əlçatanlığı, tələbələrin təcrübə keçməsinin önəmi və digər məsələlərdən bəhs edib.

Məruzəçi təlim iştirakçılarının mövzu barədə çoxsaylı suallarını cavablandırıb.

Sonda C.Bağırov layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan növbəti modullar üzrə təlimlər barədə məlumat verib.

Qeyd edək ki, təlimlərdə MDU, Azərbaycan Turizm və Menecment Universiteti və Mingəçevir Turizm Kollecinin əməkdaşları və tələbələri ilə yanaşı mövzu ilə maraqlanan istənilən şəxs iştirak edə bilər. Bütün modullara qoşulan iştirakçılar layihənin sonunda müvafiq sertifikat əldə edəcəklər.