Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) ötən sutka ərzində 3 824 nəfər yoluxub.
Trned-in “News Georgia”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 100 684 nəfərə çatıb.
Məlumata əsasən, hazırkı dövrədək koronavirusa yoluxanlardan 81 783 nəfər sağalıb, 927 nəfər isə vəfat edib.
Bildirilir ki, aktiv xəstələrin sayı 17 948 nəfər təşkil edir.