Home Dünya xəbərləri Yerevanda növbəti etiraz aksiyası başlayıb

Yerevanda növbəti etiraz aksiyası başlayıb

418
0
SHARE

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, aksiyada siyasi xadimlər də iştirak edir.

Aksiyada iştirak edən “Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan müxalifətin N.Paşinyanın dərhal istefaya getməsini tələb etdiyini deyir:

“Bunun əvəzində isə hökumət müəyyən nazirləri dəyişməklə diqqətimizi yayındırmağa çalışır”.

Qeyd edək ki, Yerevanda aksiyalar noyabrın 10-dan etibarən davam edir. Son bir neçə gündür ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlayır.