Diplomatik korpus nümayəndələrinin Ermənistanın işğalından azad edilmiş Füzulidəki ən güclü hərbi mövqelərindən birinə səfəri. Əsasən bu mövqedən Azərbaycanın dinc əhalisinə hücum etdilər.
Trend-in məlumatına görə, bu barədə xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində bildirib.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan işğalı davam etdirmək üçün bu lazımsız hərbi infrastrukturun yaradılmasına böyük sərmayə qoyub.