Home Manşet DTX-nin rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

DTX-nin rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

358
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin cari ilin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olub.

Trend-in Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən verdiyi məlumata görə, qeyd edilən səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olmuş, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə olunub.