Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 139 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 12 358 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 6 017 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 446 822 nəfərə çatıb.