Home Dünya xəbərləri ÜST-nin xüsusi elçisi Avropada üçüncü koronavirus dalğasını istisna etməyib

ÜST-nin xüsusi elçisi Avropada üçüncü koronavirus dalğasını istisna etməyib

331
0
SHARE

Avropada koronavirusun ikinci dalğasının səbəbi yay aylarında buna lazımi hazırlığın olmaması idi və lazımi infrastruktur vaxtında yaradılmasa, üçüncü dalğa 2021-ci ilin əvvəllərində gələcək.

Trend-in məlumatına görə, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi David Nabarro İsveçrənin CH Media nəşriyyat qrupuna verdiyi müsahibədə bildirib.

D.Nabarro qeyd edib ki, Avropada buna reaksiya natamam olub. O əlavə edib ki, Avropa ölkələri “birinci dalğanı nəzarətə aldıqdan sonra yaz aylarında lazımlı infrastruktur yaratmaq fürsətini əldən qaçırıblar”:

“İndi isə onlarda ikinci dalğadır. Lazımi infrastrukturu indi yaradılmasa, gələn ilin əvvəlində üçüncü dalğa başlayacaq”.