İranda ötən sutka ərzində 13 843 nəfər koronavirusa (COVID-19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 894 385 nəfərə çatıb. Virus daşıyıcılarından 5 832 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 469 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 46 207 nəfərə yüksəlib.
Sadat Lari İranda indiyədək 625 606 nəfərin koronavirusdan sağaldığını deyib.
İranda indiyədək 5,91 milyondan çox diaqnoz testi həyata keçirilib.
Nazirlik rəsmisi İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.