Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “Twitter” səhifəsində paylaşıb.
İran səfirinin sözlərinə görə, görüşdə diplomatlar ikitərəfli əlaqələr, Azərbaycanla münasibətlər haqqında da fikir mübadiləsi aparıblar.