Home Dünya xəbərləri İranda gün ərzində 382 nəfər koronavirusdan ölüb

İranda gün ərzində 382 nəfər koronavirusdan ölüb

330
0
SHARE

İranda ötən sutka ərzində 382 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 48 628 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 881 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 975 951 nəfərə çatıb. Virus daşıyıcılarından 5 840 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 677 963 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 6,16 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.