Laçın rayonunun işğaldan azad edilməsilə Azərbaycanın ən yeni siyasi tarixinin daha bir mərhələsi arxada qaldı. Müqayisəli təhlil aparmaq istəsək görəcəyik ki, 2020-ci il senytabr ayının 27-dən başlayaraq dekabr ayının 1-nə qədər davam edən bu mərhələ cəmisi 64 gün çəksə də əslində?nəninki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını yaratdı. Ona görə də 44-günlük aktiv müharibə fazası və sonrakı 20 gündə 3 rayonumuzun bir güllə atılmadan azad edilməsi elə bir mühüm hadisədir ki, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Yəni təqribən 100 il davam edən və “Dağlıq Qarabağ “problemi adlandırılan məsələ birdəfəlik və həmişəlik heç bir staus olmadan həll edildi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı məğlubedilmiş xalq statusunda təqdim edilməkdən qurtularaq qalib xalq statusu əldə etdi. Milli birliyin və bərabərliyin simvoluna çevrildi. Hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Ancaq bunlar da məsələnin hamısı deyil. Sovet İttifaqının dağılması prosesində etnik seperatçılıqla müşahidə edillən müharibələr tarixində dönüş yaratmaqla yeni nümunə ortaya qoydu. Vaxtilə dünya siyasətinin fərqli qütblərində yer alan qonşu dövlətlərin maraqlarını qarşılıqlı şəkildə bir araya gətirərək və milli maraqlarımızla uzlaşdıraraq regionda Türkiyə-Rusiya əməkdaşlığının fundamental əsaslarını formalaşdırdı. Beləlklə, böyük bir strateji rayonda yeni güc balansı yaratmaqla bu yeni geosiyasi tarazlıqda özünün mühüm yerini və rolunu müəyyən etdi və s. Bütün bunlar isə o qədər sürətlə baş verdi ki, dünya siyasətini müəyyən edən güc mərkəzlərinin bir çoxu əslində sadəcə hadisələri kənardan izləməklə ona əsla müdaxilə edə bilmədilər. Halbuki, biz çox radikal və aktiv müdaxilə cəhdlərinin də şahidi olduq. Beləliklə, hazırda Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib. Bu reallığı yaradan Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonun işğaldan azad edilməsi münasibətilə xalqımıza müraciət edərkən bir sıra mühüm məsələlərə toxundu. O cümlədən, milli iradəmizə qarşı addım atmaq niyətində olanlara yenə sərt ismarıclar göndərərək bildirdi ki, əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Bu fikirlər bir daha Azərbaycanın qətiyyətini, milli iradəsini göstərməklə eyni zamanda hələ də yaranmış yeni reallığı həzm etməyən, onu pozmaq istəyənlərin olduğunu göstərir. Ancaq bütün bunlar şübhəsiz ki, yeni reallığı dəyişə bilməz və hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi öz yeni gələcəyini inşa edir. Prezident İlham Əliyev yeni mərhələdən danışarkən bildirdi ki, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik , güclü iradə göstərəcək. Doğrudan da, ölkəmizdə hamı müşahidə etdiyi təcrübədən bilir ki, erməni vəhşi quldurları tərəfindən dağıdılan, viran edilən kəndlərimiz, şəhərlərimiz ən qısa zamanda bərpa edilərək məskunlaşdırılacaq, insanlarımız öz doğma yurdlarına qayıdacaqlar.