Belarus, Qırğızıstan və Dağlıq Qarabağdakı hadisələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məkanındakı vəziyyəti çətinləşdirdi.
Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiya Qarabağla bağlı humanitar səylərə KTMT və MDB-dən tərəfdaşların qoşlmasında maraqlıdır.
Rusiya prezidenti əlavə edib ki, Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar ardıcıl reallaşdırılır.