Home Cəmiyyət 18-ci əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib (FOTO)

18-ci əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib (FOTO)

492
0
SHARE

Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, sosil şəbəkədə yayılan fotolardan sonra əməkdaşları ərazidə olublar. Abidənin ətrafına tökülən zibillər ərazidən yığışdırılıb:

“Bir müddətdir ki, ətrafda yaşayan sakinlər həmin əraziyə zibil atırlar. Abidənin qarşısındakı zibillər bir neçə dəfə təmizlənib, sakinlərə də xəbərdarlıq olunub. Belə halların təkrarlanmaması üçün müvafiq dövlət orqanlarına da müraciət olunacaq. Bir daha vətəndaşlarımızdan xaiş edirik ki, belə hallara yol verməsinlər. Abidələri qorumaq, onlara xətər yetirməmək hər bir vətəndaşın borcudur”.