Home Manşet 10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək – Ceyhun...

10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək – Ceyhun Bayramov

323
0
SHARE

Həll edilməmiş münaqişələr sülh və sabitliyə təhdidlər yaradır. Buna görə də münaqişələr ikili standratlar tətbiq edilmədən Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının iclasında deyib.

C.Bayramov bildirib ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanat 10 illiklərdən bəri davam edən Dağlıq Qarabağ münaqisinə son qoymuş oldu.

Nazir bildirib ki, bu razılaşmanın yerinə yetiriməsi nəticəsində hərbi əməliyyatlara son qoyuldu və işğalda olan Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. C.Bayramov vurğulayıb ki, razılaşmaya əsasən regionda nəqliyyat kommunikasiyaları açılacaq.

Nazir bu razılaşmanın reallığa çevrilməsində göstərdiyi səylərə görə Türkiyə və Rusiyaya təşəkkürünü bildirərək qeyd edib ki, razılaşma Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək.