Home Cəmiyyət UNİCEF-in İcraçı Direktoru ELSA Azərbaycan Məzunlar Cəmiyyətindən ona ünvanlanan məktubu cavablandırıb

UNİCEF-in İcraçı Direktoru ELSA Azərbaycan Məzunlar Cəmiyyətindən ona ünvanlanan məktubu cavablandırıb

328
0
SHARE

UNİCEF-in İcraçı Direktoru Henrietta For ELSA Azərbaycan Məzunlar Cəmiyyəti tərəfindən ona ünvanlanan məktubu cavablandıraraq uşaq hüquqlarının pozulmasını pisləyən və müharibə dövründə uşaqların qorunmasının vacibliyini vurğulayan məktuba görə gənclərə təşəkkür edib.

Trend-in məlumatına görə, məktubda UNİCEF sədri tərəfindən uşaqların müharibə cinayətlərinin qurbanı olmasının qəbulolunmazlığı vurğulanmış, mülki obyektlər, tibb müəssisələri və təhsil ocaqlarının müharibənin obyekti olması ən sərt şəkildə qınanmışdır. Bildirilmişdir ki, müharibə zamanı dövlətlər mülki əhalinin toxunulmazlığına hörmətlə yanaşmalı, sivil infrastruktur obyektlərini hədəfə almamalıdır.

Eyni zamanda, Məktubda UNİCEF-in dövlət başçıları tərəfindən 9 noyabr tarixində imzalanan bəyanatı və müharibənin dayandırılmasını dəstəklədiyi, gənclərin sülh, insan hüquqlarına hörmət və uşaq hüquqlarının qorunması ilə bağlı fəaliyyətini yüksək qiymətləndirdiyi də qeyd olunmuşdur.

ELSA Avropanın 43 ölkəsində 55 mindən artıq hüquq tələbəsini və gənc hüquqşünası özündə birləşdirən dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsi və cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsidir. ELSA-nın Azərbaycan nümayəndəliyinin əsası 2010-cu ildə qoyulub. ELSA Azərbaycan hazırda təşkilatın ən fəal üzvlərindən biridir.