Avropa İttifaqı, BMT və Dünya Bankının mütəxəssisləri 4 avqustda limanındakı partlayışdan sonra Beyrutun yenidən bərpası üçün ortaq plan hazırlayıblar.
Trend-in məlumatına görə, 18 ay davam edəcək bərpa işlərinə və zərər çəkmiş əhaliyə dəstək üçün sənəd 2,5 milyard dolların ayrılmasını nəzərdə tutur.
Xatırladaq ki, partlayışdan dörd ay sonra Livan prezidenti Mişel Aun hadisə zamanı ölən vətəndaşlara vətənləri uğrunda həlak olan hərbçilər statusunu verən qanun imzalayıb. Bu status həlak olanların qohumlarına ömürlük müavinət və sosial yardımlardan istifadə etməyə imkan verəcək. Sosial Sığorta Fondu tərəfindən ödəniləcək kompensasiyalar hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və əlil olan vətəndaşlar üçün də nəzərdə tutulub.