Home Siyasət Vüqar Rəhimzadə: Beynəlxalq təşkilatlar işğalçıları hədə ilə bağlı izahat verməyə məcbur etməlidirlər

Vüqar Rəhimzadə: Beynəlxalq təşkilatlar işğalçıları hədə ilə bağlı izahat verməyə məcbur etməlidirlər

605
0
SHARE

“Azərbaycan Ordusu tərəfindən Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlarının qarşısının qətiyyətlə alınması, düşmənə sarsıdıcı cavab zərbələrinin vurulması işğalçı ölkəni çox çətin duruma salıb. Sərhəd təxribatında olduğu kimi, xarici ölkələrdəki sabotajlarında da fiaskoya uğrayan Ermənistan rəhbərliyi bu günlər çaşqınlıq içərisindədir. Xüsusulə Türkiyə ordu hissələrinin ölkəmizin ərazisində Azərbaycan Silahlı Qüvvələri ilə birgə hərbi təlimlər keçirməsi rəsmi Yerevanda isterika, panika və ajiotaj yaratmaqdadır. Bu səbəbdən də işğalçı dövlətin rəhbərliyi irrasional bəyanatlar verir, intuitiv addımlar atır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, siyasi savadsızlığı ilə özünü dəfələrlə gülüş hədəfinə çevirmiş baş nazir Nikol Paşinyandan sonra işğal edilmiş Dağlıq Qarabağdakı qondarma rejimin oyuncaq başçısı Araik Arutunyan da başından böyük danışıb və deyib ki, əgər Xankəndinə (o, Stepanakert deyib) raket və ya bomba atılsa, cavab olaraq Gəncəni (o, öz erməni xislətinə uyğun olaraq Gəncəni Kirovabad adlandırıb) vuracağıq: “Bundan əvvəl isə Ermənistanın müdafiə naziri Mingəçevir SES-i vuracaqlarını iddia edirdi. Bütün bunlar bir daha ona şahidlik edir ki, işğalçı ölkə və onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı qondarma rejim panika içərisindədir. Bu səbəbdən də isterik bəyanatlar verir, biri-birinin ardınca siyasi səhvlər buraxırlar. Sözsüz ki, beynəlxalq təşkilatlar, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı qüvvələrin Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməli, Ermənistan hakimiyyəti hədə ilə bağlı beynəlxalq təşkilatlara izahat verməlidir. O da faktdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək Ermənistanın bu cür fitnəkar bəyanatlarına münasibət bildirməyib, lazımı addımlar atmayıb.”

Baş redaktor vurğulayıb ki, ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir: “Həmsədr ölkələr işğalçını müdafiə edirlər. Faktlar da onu göstərir ki, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT-in Minsk qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, Minsk qrupunda təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir.”