İstər Qarabağ döyüşlərində, istərsə də koronavirus cəbhəsində Azərbaycan cəmiyyətinin koronavirus haqqında məlumatlandırılmasında medianın müstəsna rolu var.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, koronavirus yayıldığı ilk gündən Azərbaycan mediası aktiv fəaliyyət göstərir, cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində müstəsna rol oynayır.
O qeyd edib ki, Qarabağ döyüşlərində də Azərbaycan mediası cəmiyyətin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatırılmasında xüsusi rol oynadı: “Biz media rəhbərləri ilə görüşümüzdə onlara öz təşəkkürümüzü bildirdik. Mediaya çağırışımız odur ki, bundan sonra da koronavirusla bağlı mübarizədə aktiv olsunlar”.