İranda ötən sutka ərzində 323 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 50 917 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 11 023 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 062 397 nəfərə çatıb. Virus daşıyıcılarından 5 780 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 754 224 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 6,47 milyondan çox diaqnoz testi həyata keçirilib.
Nazirlik rəsmisi İranda 64 rayonun qırmızı, 278 rayonun narıncı və 106 rayonun sarı zona olduğunu deyib.