Ermənistanda vətəndaş itaətsizliyi çərçivəsində etiraz aksiyaları davam edir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət partiyaları nümayəndələri Yerevanda parlament binasına doğru yürüşə başlayıb.
Qeyd olunur ki, parlament ətrafına çoxlu sayda xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.
Xatıladaq ki, ötən gün müxalifətin N.Paşinyanın istefası ilə bağlı ultimatumunun müddəti bitmiş və nəticədə ölkədə vətəndaş itaətsizliyinə çağırış edilmişdi.