ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 290 min nəfəri ötüb.
Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 15 577 813 nəfər təşkil edir.
Bildirilir ki, koronavirusa yoluxanlardan 292 034 nəfəri vəfat edib, 5 891 885 milyon nəfəri isə sağalıb.