Home Cəmiyyət Anan bilirdi… O sənin şəkillərini yuxuda divardan asılmış görmüşdü… Şəhidlərin xatirəsinə həsr...

Anan bilirdi… O sənin şəkillərini yuxuda divardan asılmış görmüşdü… Şəhidlərin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə…”

507
0
SHARE

Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə …” adlı silsilə materiallar təqdim edir.

Bu material Saleh Nuriyevə həsr edilmişdir…

-Salam Saleh.

– Hər vaxtınız xeyir.

– Bir az danışaq?

– Əlbəttə!

– Saleh, sən texniki kolleci bitirmisən?

– Bəli, əkiz bacım da oranı bitirmişdi.

– Kim olmaq istəyirdin?

– Nə bilim, fikirləşməmişəm (gülür).

– Yaxşı, bəs planların var idi?

– Hə, belə bir yer açmaq istəyirdim ki, kişilər ayri, ailələr ayrı otursunlar.

– Marağlıdır. Əslində mən də elə düşünürəm. Kafelərə, restoranlara ailəvi gedərkən mühit də ona bənzər olmalıdır.

– Təbii. Ona görə belə fikirlərim var idi… Amma qismət məni müharibəyə gətirdi…

– Heyfslənirsən?

– Qətiyyən, belə olmalı idi. Əslində dostlarım da yanımda…

– Saleh, harda idin o an?

– Cəbrayılda…

– Anan bilirdi… O sənin şəkillərini yuxuda divardan asılmış görmüşdü.

– Ana ürəyidi də. Siz soruşdunuz ki, heyfslənirəmmi? İndi də fikirləşirəm ki, anama, bacılarıma mənim bu həyatdan köçməyim o qədər dərd gətirdi ki…

– Heç deməyə sözüm də yoxdur.

– Hə, nə deyəsiz ki, olan olub.

– Saleh, sehirli ağacın olsaydı nə edərdin?

– Birinci Qarabağ müharibəsi olmayaydı kaş… Bilirsiniz dayım 92-də itkin düşüb Ağdamda, həmişə deyirdim ki, onun ruhu şad olsun. Bilirdim ki, dayımın səsin elə Qarabağda duyacağam.

– Duydun?

– Hə (gülümsəyir). Bizimkilər məni bir dəfə müharibədən qaytardılar. Daşkəsəndən məni Gəncəyə gətirdilər. O zaman çox hirsləndim, amma bacardım və qayıtdım.

– Niyə, Saleh?

– Bəs necə? Dayım o vaxt özünü qurban verib, mən getməyim?

– Saleh, adətən söhbətin axırında sual verirəm, amma bu səfər özüm demək istəyirəm ki, İlahədən söz almışam ki, o məni toyuna çağırsın.

– Nə dedi?

– Söz verdi ki çağıracaq.

– Dedisə çağırar. Mən də gələrəm, yuxarıdan izləyərəm (gülümsəyir). Sevirəm hamınızı, möhkəm olun!