Home Manşet Daha bir siyasi partiya dövlət qeydiyyatına alındı

Daha bir siyasi partiya dövlət qeydiyyatına alındı

320
0
SHARE

Gələcək Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, Gələcək Azərbaycan Partiyasının müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək Kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.