Home Cəmiyyət AQTA: Karantin dövründə ictimai iaşə müəssisələrində bir sıra zəruri qaydalara əməl edilməlidir

AQTA: Karantin dövründə ictimai iaşə müəssisələrində bir sıra zəruri qaydalara əməl edilməlidir

620
0
SHARE

Karantin dövründə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində bir sıra zəruri qaydalara əməl edilməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ndən Trend-ə verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir.

Bununla əlaqədar müvafiq qanunvericiliyə əsasən açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.