Home Cəmiyyət Qarşıdakı 3 ay koronavirusla bağlı vəziyyət çox çətin olacaq – ÜST

Qarşıdakı 3 ay koronavirusla bağlı vəziyyət çox çətin olacaq – ÜST

308
0
SHARE

Qarşıdakı 3 ay koronavirusla bağlı vəziyyət çox çətin olacaq.

Trend-in məlumatına görə, bunu ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, koronavirus insanların həyatına daxil olub və yeni normalar müəyyənləşib: ”Son bir ildə hər kəsin həyatı çox dəyişdi. Bu, bir yandan pandemiya yorğunluğunu ortaya çıxardı. Peyvənd vurulana qədər yeni normalarla yaşamalıyıq və ona əməl etməliyik. Yeni normaları bir-birimizə pozitiv şəkildə ötürməliyik”.

H.Harmancı əlavə edib ki, Azərbaycanda artıq küçələrdə insanlar pandemiya qaydalarına daha çox riayət edirlər. Bu, çox gözəl haldır.