Home Dünya xəbərləri NATO ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək qərarından təəssüflənib

NATO ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək qərarından təəssüflənib

356
0
SHARE

NATO ABŞ-ın alyans üzrə tərəfdaşı Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək qərarından təəssüflənir.

Trend-in “Anadolu”ya istinadən verdiyi məlumata görə, bunu NATO-nin baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq Türkiyəni və digər NATO ölkələrini “məsələni həll etmək üçün yollar tapmağa” çağırıb: “NATO üzrə müttəfiqlərin bir-birlərinə qarşı sanksiya tətbiq etmək məcburiyyətində qaldıqları bir vəziyyətdə olduğumuza görə təəssüflənirəm”.

NATO-nun baş katibi daha əvvəl Türkiyənin Rusiyadan S-400 sistemlərini almaq qərarından narahatlığını dilə gətirdiyini xatırladıb: “Bu, milli qərardır, lakin S-400 sistemləri NATO sistemləri ilə uyğun gəlmir”.