Home Manşet Ceyhun Məmmədov: Torpaqlarımız işğal altnda olduğu müddətdə dini abidələrimiz məhv edilib və...

Ceyhun Məmmədov: Torpaqlarımız işğal altnda olduğu müddətdə dini abidələrimiz məhv edilib və ya erməniləşdirilib

352
0
SHARE

Ermənilər vaxtilə işğal etdikləri bütün ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələri, ziyarətgahları, məscidləri, kilsələri və məzarlıqları dağıdıblar. Bu yanaşma Ermənistanın vandalizm siyasətinin tərkib hissəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, biz Ermənistanın həyata keçirdiyi vandalizm siyasətində davamlı olaraq Azərbaycan Respublikasına məxsus tarixi abidələrin adlarının dəyişdirilməsinin, tanınmış Azərbaycan ziyalılarının, azərbaycanlı şair və yazıçıların ev muzeylərinin, tarixi binaların dağıdılmasının və bu kimi vəhşiliklərin şahidi oluruq:

“Hətta ermənilər müsəlman abidələrinin bir qismini dağıdıb, bir qismində isə inək və donuz saxlayıblar. Qubadlının Məmər, Füzulinin Alxanlı, Ağdam məscidində bunun bariz nümunələrini gördük.

Bu cür hərəkətlər törətmək Ermənistan üçün artıq xarakterik hal alıb və davamlı olaraq bu cür vəhşicəsinə yanaşmaları açıq sərgiləyirlər. Sanki dünyaya meydan oxuyurlar bu əməlləri ilə. Onların bu cür hərəkətlərinin sayı yüzlərlə, hətta minlərlədir. Ermənilərin bu kimi davarnışları bu günə kimi beynəlxalq qurumlar tərəfindən tam qətiyyətlə pislənilməyib. Ona görə də onlar davamlı olaraq bu kimi vəhşiliklər törədirlər”.

C.Məmmədov qeyd edib ki, ermənilərin ən çox saxtalaşdırmasına məruz qalan abidələrdən biri də Alban abidələridir:

“1836-cı ildə Rusiya Sinodunun qərarı ilə Alban Katolikosluğu ləğv edildikdən sonra onların bütün irsi erməni kilsəsinə verildi. O dövrdən də ermənilər saxtalaşdırma proseinə başladılar. Bəzilərini saxtalaşdırdılar, bəzilərini isə dağıtdılar.

Onu da qeyd edək ki, hətta Dağlıq Qarabağda Xocavənd rayonundakı yeganə provaslav kilsəsi də ermənilərin vəhşiliynə məruz qalıb. Bu, onu göstərir ki, onlar yalnız müsəlman abidələrinə deyil, xristian abidələrinə – öz din qardaşlarının abidələrinə qarşı da bu siyasəti həyata keçirirlər.

Ermənistandan fərqli olaraq Azərbaycan Respublikasında Bakının mərkəzində yerləşən erməni kilsəsi və oradakı 5000-ə yaxın ədəbiyyat bizim dövlətimiz tərəfindən mühafizə edilərək qorunur və dövlətimiz onları himayə edir. Amma İrəvana, yaxud Qarabağa baxış keçirsək nəinki, bizim, hətta oradakı Alban abidələrinin də yerlə yeksan edildiyini görərik, dağıda bilmədiklərinin bir hissəsini özününküləşdirib, bir hissəsini isə özləri ilə Ermənistanın müxtəlif ərazilərinə köçürüblər.

Dünya ictimaiyyətinin onların törətdikləri hərəkətlərə biganə qalması ermənilərə yeni cinayətləri törətmək üçün əlavə imkanlar yaradır və ermənilər bu hərəkətlərini bu gün də davam etdirirlər. Əlbəttə, bu, yolverilməzdir və beynəlxalq hüquqa, Haaqa Konvensiyasına və digər beynəlxalq konvensiyalara tamamilə ziddir”.