Home Manşet Aydın Hüseynov: Prezident İlham Əliyevin düşünülmüş siyasəti Azərbaycanın ərazi bütövlüyünü təmin etdi

Aydın Hüseynov: Prezident İlham Əliyevin düşünülmüş siyasəti Azərbaycanın ərazi bütövlüyünü təmin etdi

353
0
SHARE

Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər ərzində düşünülmüş və məqsədyönlü siyasəti ölkəmizin 44 günlük Vətən müharibəsində qələbəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təmin etdi. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bir lider olarq şəxsi keyfiyyətləri, qətiyyətli mövqeyi, prinsipiallığı, ardıcıl siyasət aparması, eyni zamanda müstəsna siyasi iradə nümayiş etdirməsi parlaq qələbəmizi şərtləndirmiş oldu.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçib: “Ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində Azərbaycan dayanıqlı və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib olub. Son 17 ildə Azərbaycan iqtisadiyyatı ciddi əsaslarla inkişaf edib. Bu illər ərzində ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq 49 faizdən 5 faizə enib. Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir.

Eyni zamanda son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir”.

Deputat bildirib ki, Azərbaycanın güclü iqtisadiyyata sahib olması ordu quruculuğu sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə şərait yaratdı: “Təsadüfi deyil ki, bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Bu gün ordumuz yeni texnologiyalara əsaslanan ən müasir silahlarla təmin edilib, eyni zamanda bu müasir silahlar peşəkar Azərbaycan hərbçiləri tərəfindən çox dəqiqliklə idarə olunur. 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun gücünü və xalqımızın əzimkarlığını bütün dünyaya göstərdi”.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü xarici siyasət qələbəmizi təmin edən mühüm amillərdən biridir: “Dövlət başçısı tərəfindən həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində bu gün Azərbaycan dünya birliyinin nüfuzlu üzvünə və etibarlı tərəfdaşına çevrilib.

Cənab Prezident erməni yalanlarının ifşa edilməsi və Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş işlər həyata keçirib. Bütün bu işlər Qarabağ müharibəsi dövründə öz parlaq nəticəsini verdi. Ermənilərin beynəlxalq aləmdə Azərbaycana qarşı həyata keçirmək istədiyi bütün cəhdlər iflasa uğradı, hətta BMT-də Azərbaycana qarşı qətnamə qəbul etdirmək arzuları gözlərində qaldı. Ölkəmizə olan bəzi beynəlxalq təzyiqlər isə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və tutarlı arqumentləri sayəsində dəf edildi.

Göründüyü kimi cənab Prezident İlham Əliyev tərəfindən uzun illər ərzində bütün sahələrdə həyata keçirilən məqsədyönlü siyasət Vətən müharibəsində qələbəmizi şərtləndirdi, xalqımızın 30 illik həsrətinə son qoyulmaqla ərazi bütövüyümüzü təmin etdi”.