31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 Yanvar – Yeni il münasibəti ilə Kənd Təsərrüfatının təşkil edəcəyi bayram yarmarkalarının keçiriləcəyi yerlər müəyyən edilib.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bayram yarmarkaları əsasən 3 ərazidə fəaliyyət göstərəcək:
“Yarmarkalar paytaxtın Nərimanov rayonu, Gənclik metrostansiyasının yanında, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5 və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində quraşdırılacaq. Yarmarkalar yaxın günlərdə fəaliyyətə başlayacaq”.