Home Siyasət Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər

Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər

732
0
SHARE

Görünür, bu qədər rəzillik onlara bəs eləmir, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” Araik Aratunyanın Gəncəni vurmaqla hədələməsi barədə danışarkən söyləyib.

O bildirib ki, erməni hərbi birləşmələrinin Tovuz istiqamətində hərbi təxribatı Ermənistanın faşist simasını bir daha nümayiş etdirib.

“Bütün beynəlxalq aləmdə rüsvay olan Ermənistan, onun baş nazirinin siyasi səriştəsizliyi, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin “erməni lobbisi mifini” yerlə bir etməsi az deyilmiş kimi bu dəfə də Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyan Gəncəni vurmaqla hədələyib. Görünür, bu qədər rəzillik onlara bəs eləmir, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Ermənistanın dövlət siyasəti terror üzərində qurulduğundan bu aciz dövlət artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib və bununla da öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. Ermənistanın beynəlxalq hüququn heç bir norma və prinsiplərinə əməl etməyərək terroru dövlət siyasəti həddinə çatdırdığının tarix boyu şahidi olmuşuq. Təəssüf doğuran məqam odur ki, beynəlxalq təşkilatlar bu məsələdə susqunluq nümayiş etdirirlər. Bütün beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər. Ermənistan hakimiyyəti bununla bağlı izahat verməlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində vasitəçilik vəzifəsini öz üzərinə götürən ATƏT-in Minsk Qrupundan Azərbaycan tərəfi olaraq konkret addımlar gözləyirik. Görəsən, ATƏT Minsk Qrupu həmsədrləri niyə susurlar, bu bəyanata niyə münasibət bildirmirlər? Yoxsa turist diplomatiyasının nüməyəndələri hələ yay tətilindən qayıtmayıblar?

Bütün bunlara baxmayaraq Ermənistan tərəfi də, ATƏT-in Minsk Qrupu da bilməlidir ki, Azərbaycan xalqının səbri tükənməz deyil. Bu gün Azərbaycan ordusu istər maddi-texniki təchizat baxımından, istərsə də kard potensialı baxımından güclüdür. Müzəffər ordumuz istənilən zaman tarixi torpaqlarımızı qaytarmaq gücünə və əzminə malikdir”.