Milli dövlətçilik tariximizin inkişaf mərhələləri çoxəsirlik keçmişə dayanır və olduqca keşməkeşlidir. Ancaq bu tarixin elə mərhələləri var ki, onlar özündən əvvəlki ənənələri qorumaq və növbəti mərhələ üçün perespektivlər yaratmaq baxımından olduqca əhəmiyyətlidir və fövqəladə xarakter daşıyır. Əslində, dövlətçilik tariximizi davamlı edən və ardcıllığını qoruyan da bu mühüm həlqələr və onu yaradan böyük dövlət xadimləridir. Müasir dövlətçilik tariximizdə isə bu uğuru təmin edən sözün əsl mənasında böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət və böyük strateq İlham Əliyevdir. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə ona qalan miras bir tərəfdən ictimai-siyasi sabitliyi təmin edilmiş dövlət strukturları bərpa olunmuş Azərbaycan idisə, digər tərəfdən həm də məğlub edilmiş və torpaqlarının 20 faizi erməni işğalı altında olan, iqtisadiyyatının və ordu quruculuğunun həyata keçirilməsi tələbi olan, bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemlərinin həll edilməsi zərurəti olan Azərbaycan idi. Bütün bu və digər çoxsaylı məsələlərlə bərabər, həm də sürətlə dəyişən və daima rəqabət halında olan dünya nizamında Azərbaycanın yerinin və rolunun , nüfuzunun artırılması zərurəti var idi. Yəni, istər daxili siyasətdə, istərsə də xarici siyasətdə elə strateji həmlələr etmək lazım idi ki , onlar nəticə etibarilə milli inkişafımıza və ərazi bütövlüyümüzün bərpa olunmasına gətirib çıxarsın. Bütün bunların hamısını edə bilmək isə mövcud qlobal və milli çağırışlar kontekstində, ikili standartların mövcud olduğu dünya nizamı, rəngli inqilablar erasında əslində bir möcüzə idi. İlham Əliyev bu möcüzəni yarada bildi! Soyqqanlı ağılla hələ də dərk ediməsi çətin olan bir tarixi zəfərə imza atdı. Bütün dünyaya və dünya siyasətini müəyyən edən imperialist güc mərəkəzlərinə, onların təzyiqlərinə rəğmən Qarabağı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ancaq məsələyə strateji təhlil kontekstində yanaşdıqda isə diqqəti çəkən əsas məsələ budur ki, bütün bu zəfərləri əldə etmək üçün çox dəqiq hesablanmış dərin hərbi-siyasi, diplomatik və sosial –iqtisadi planlaşdırma müəyyənləşdirilib və zərgər dəqiqliyi ilə həyata keçirilib. Bu ardıcıllıqda önə çıxan əsas istiqamətlər isə müstəqil iqtisadi siyasət həyata keçirməklə siyasi müstəqilliyi təmin etmək, iqtisadi resursların səmərəliliyini təmin etməklə iqtisadiyyatla sosial təminat arasında düzgün proporsional balans yaratmaq, ölkədə yeni, innovativ sənaye istiqamətləri formalaşdırmaq ordu quruculuğu və hərbi sənayenin yaradılmasına xüsusi diqqət ayırmaq bütün bunlara paralel olaraq milli hisslərə və vətənpərvərlik ruhuna sahib olan yeni nəsil tərbiyə etmək idi. Hazırki qlobal şərtlər və təzyiqlər içərisində bunların hər birini, xüsusilə sonuncunu etmək olduqca müşkül bir vəzifə idi. Çünki müasir internet resursları və onların yaratdığı virtual reallıqlar çərçivəsində milli ruhu və milli identikliyi qoruyub saxlaya bilmək ən mühüm çağırışlardan biri idi. Yuxarıda sadaladığımız ayr-ayrı istiqamətlərin hər biri üzrə xüsusi dövlət proqramları qəbul edildi və uğurla onların icrasına nail olundu. Nəticə etibarilə, elə indidən heyrətlə qarşılanan və bunların necə baş verdiyinin təcrübə kimi öyrənilməsi vacib hesab edilən böyük tarixi uğurlar əldə edildi. Şübhəsiz ki, bütün bu naliyyətlərimizin baş tacı Vətən müharibəsində əldə etdiyimiz tarixi hərbi-siyasi qələbəmizdir. Hər nə qədər Azərbaycan Prezidenti İlham Əliyev bu qələbənin birinci qəhrəmanı kimi Azərbaycan əsgərini göstərsə də hamımız bilirik ki, milli güc, yalnız milli lider tərəfindən təşkilatlandırılanda və idarə olunanda həqiqi milli gücə çevirilir. Ona görə də Prezident İlham Əliyev sözün əsil mənasında xalqımızın Milli Qəhrəmanı, Böyük Tarixi şəxsiyyət və böyük dövlət xadimidir
Home Manşet Azərbaycan Prezidenti İlham Əliyev qələbənin birinci qəhrəmanı kimi Azərbaycan əsgərini göstərsə də...