Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 pirotexniki işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gələcək.
Trend-in məlumatına görə, bu barədə Rusiya FHN bildirib.
Məlumata əsasən yanvarın 4-də göyərtəsində FHN pirotexniklərinin olduğu İl-76 təyyarəsi Azərbaycana yola düşüb.
Qeyd olunur ki, humanitar missiya çərçivəsində minalardan təmizləmə işləri Ağdam rayonunda həyata keçiriləcək