Azərbaycanda yanacaq qiymətlərinin artması nəqliyyatla bağlı xidmətlərə heç bir təsir göstərməyəcək.
Bunu Trend-ə avtoekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, cəmiyyətdə yanacağın bahalaşacağı təqdirdə hər şeyin bahalaşacağı barədə mübahisəli fikirlər yaranıb: “Bu cür açıqlamalar əsassızdır və təxribat xarakteri daşıyır. Yanacaqla yanaşı, digər məhsulların və xidmətlərin bahalaşması absurddur”.
Eyni zamanda, ekspert bildirib ki, sahibkarlar tərəfindən qiymətlərin süni şəkildə artırılması Azərbaycan qanunvericiliyinə ziddir:
“Yanacaq qiymətlərinin artması taksi xidmətinə və ümumilikdə nəqliyyat xidmətlərinə təsir göstərməməlidir, bu cür cəhdlərin qarşısı isə İqtisadiyyat Nazirliyi tərəfindən alınmalıdır”.