Home Cəmiyyət Azərbaycanda 2 479 nəfər COVID-19-dan sağalıb, 802 nəfər yoluxub, 31 nəfər vəfat...

Azərbaycanda 2 479 nəfər COVID-19-dan sağalıb, 802 nəfər yoluxub, 31 nəfər vəfat edib

322
0
SHARE

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 221 401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 199 213 nəfər müalicə olunaraq sağalıb, 2 792 nəfər vəfat edib, aktiv xəstə sayı 19 396 nəfərdir.

Ölkədə son sutka ərzində 8 435, hazırkı dövrədək isə 2 222 629 test aparılıb.